Beynəlxalq Dekolonizasiya Cəbhəsi qəza ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib

Beynəlxalq Dekolonizasiya Cəbhəsi AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan dövləti və xalqına, təyyarə qəzası qurbanlarının ailələrinə və Bakı Təşəbbüs Qrupuna (BTQ) ünvanlanmış müraciətdə bildirilib ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi dekabrın 25-də baş vermiş faciədən dərindən kədərlənir.
"Son iki il ərzində beynəlxalq konfranslar sayəsində Azərbaycan xalqı, xüsusilə də BTQ ilə qurduğumuz dostluq və əməkdaşlıq əlaqələri hazırkı ağrılı anlarda bizi daha da yaxınlaşdırır. Xalqın matəm etdiyi anda, biz həlak olanların yaxınlarına ən dərin başsağlığımızı veririk. Bu başsağlığı vasitəsilə biz Azərbaycan vətəndaşlarının hər birinə səmimi dostluğumuzu və həmrəyliyimizi çatdırmaq istəyirik. Bu sınaqda bizim düşüncələrimiz sizinlədir", - deyə bəyanatda bildirilib.
Bəyanatı Qaradərili Xalqlar Beynəlxalq Komitəsi (CIPN), "Fos pou konstwi nasyon Gwadloup" (FKNG), Boneyra İnsan Hüquqları Təşkilatı, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS), Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya Hərəkatı (MDES), Suveren Martinik naminə ekoloqlar və demokratlar Hərəkatı (MODEMAS), Qvadelupun Təzminatlar naminə Beynəlxalq Hərəkatı (MIR-Guadeloupe), Nazione Hərəkatı, Pueblo Progresivo Uni Hərəkatı, Multikultural və proqressiv Yeni Kaledoniya, Vahid Müqəddəs Martin Assosiasiyası, Qvadelupun Kommunist Partiyası (PCG), Martinikin Azadlığı Naminə Partiya (PALIMA), "Pati Kominis pou Lendepandans ék Sosyalizm" (PKLS), Fransız Polineziyasının "Tavini Huiraatira" Partiyası, Kaledoniya Birliyi, Qvadelupun Azadlığı Naminə Xalq Birliyi (UPLG) imzalayıblar.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












