Bəzi avtomobillərin gətirilməsinə qadağa qoyulacaq - VİDEO

Azərbaycana insan həyatı üçün təhlükəli ola biləcək avtomobillərin, eyni zamanda saxta ehtiyat hissələrinin gətirilməsinin qarşısı alınacaq. Avtosfer.az-ın məlumatına görə, belə bir maddə ''Azərbaycanın yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" da nəzərdə tutulub. Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bununla da Avropa ölkələrindən parçalanmış halda daşınaraq Gürcüstanda birləşdirilən və ordan ölkəmizə gətirilən təhlükəli avtomobillərin qarşısı tamamilə alınacaq.
Əslində belə bir qərar "Avro-4" standartının qəbul olunması ilə artıq mövcud idi. Amma avtomobil hətta bu standarta uyğun olsa belə, təhlükəli vəziyyət aşkarlanarsa onun ölkəyə girişinə qadağa qoyulacaq.
Məsələn, avtomobil işlək vəziyyətdə deyilsə ölkəyə buraxılmayacaq.
Eyni zamanda, istehsal olunduğu ölkə və şirkəti bilinməyən, təhlükəsizliyinə dair zəmanəti olmayan ehtiyat hissələrinin də ölkəyə gətirilməsinə qadağa qoyulacaq.
Qeyd edək ki, Dövlət Proqramının qəbul edilməsində məsəd ölkədə baş verən qəzaların qarşısını almaq və təhlükəsizliyi təmin etməkdir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










