Bəzi insanlar qanunsuz tikinti aparıb şəhid ailələrinin adından istifadə edir – AÇIQLAMA - VİDEO

Son illər ölkə əhalisinin sayı artdıqca məskunlaşma göstəriciləri də yüksəlməyə davam edir. Bu məskunlaşma isə bölgələrdə yaşanan sosial problemlər səbəbimdən daha çox Bakı və Bakıətrafı ərazilərə istiqamətlənib.
Avtosfer.az xəbər verir ki, son 5 il müddəti çıxmaq şərtilə Bakıətrafı ərazilərdə məskunlaşma əvvəlki illərdə daha sürətli şəkil alıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin dəmiryol xətləri ətrafında qanunsuz tikililərlə apardığı mübarizə nəticəsində artıq 5 ildir ki, bu məsələ öz həllini tapmaqdadır.
Relslər ətrafında vəziyyətlə tanış olmaq üçün nəqliyyat eksperti, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı Sumqayıt şəhəri Novxanı bağ massivində olub. Massiv sakinlərinin qanunsuz tikintiyə cəhd etmələri faktları ADY əməkdaşları tərəfindən ekspertlə müzakirə edilib.
Elməddin Muradlı bildirib ki, artıq rels boyu vətəndaşlar tərəfindən qanunsuz çəpərləmələr həyata keçirilir:

“Dövlətin balansında olan torpaq sahələrini vətəndaşlar çəpərə alır, bir müddət sonra da tikintiyə başlayacaqlar. Yan tərəfdə də aydın şəkildə görünür ki, çəpərlənən əraziyə mişar daşları tökülüb, tikintiyə hazırlaşılır. Beləliklə də dəmiryol xətlərinin ətrafı zəbt edilir”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə departamentinin Suqmayıt mühafizə bölməsinin rəisi Nəsrəddin Alməmmədovun sözlərinə görə bu cür halların qarşısını almaq üçün əməkdaşlar gecə-gündüz xidmət aparır:
“Müəyyən vaxt keçir, nəzarət gücləndiyi üçün tikintilər dayanır. Elə insanlar da var ki, şəhid, qazi ailəsi adından istifadə edir. Araşdıranda ortaya çıxır ki, həmin şəxslərin nə qaziliklə, nə də şəhid ailəsi olmaqla aidiyyatı var. Belə insanlar bizim fəxrimiz olan şəhid ailələrimizin, qazilərimizin adına xələl gətirirlər”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Səfər Əlizadə
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












