"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI

Müəssisələrdə rəqəmsal texnologiyaların və avtomatlaşdırma sistemlərinin tətbiqi əmək bazarında dəyişiklikləri sürətləndirir. Bu proses bir sıra peşələrə tələbatın azalmasına səbəb olmaqla yanaşı, yeni ixtisasların və iş imkanlarının yaranmasına da şərait yarada bilər.
Avtosfer.az xəbər verir ki, rəqəmsal transformasiyanın məşğulluğa təsiri, bəzi peşələrin gələcəkdə aktuallığını itirməsi və işçilərin yeni əmək bazarının tələblərinə uyğunlaşması məsələləri müzakirə olunur. Bəs bu proses işsizliyin artmasına səbəb ola bilərmi və mümkün risklərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, süni intellektin və yeni texnologiyaların inkişafı dünyada iş yerlərinin bağlanacağı və məşğulluqla bağlı problemlərin yaranacağına dair müəyyən narahatlıqlar yaradıb:

''Dünya tarixində dəfələrlə texnoloji inqilablar baş verib və həmin dövrlərdə insanlar iş yerlərini itirəcəklərindən ehtiyat ediblər. Lakin sonradan məlum olub ki, bu yeniliklər əksinə, yeni iş sahələrinin yaranmasına və daha çox işçi qüvvəsinə ehtiyacın formalaşmasına səbəb olub. Məsələn, XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Britaniyada buxar maşınlarının tətbiqi fəhlələr arasında narahatlıq yaratmışdı. Hətta bəzi fəhlələr iş yerlərini itirəcəklərindən qorxaraq gecələr gəlib buxar maşınlarını sıradan çıxarırdılar. Lakin sonrakı dövrdə sənaye inqilabı istehsalın genişlənməsinə, fəhlə sinfinin formalaşmasına və işçi qüvvəsinə tələbatın artmasına şərait yaratdı. Eyni yanaşma süni intellektə və yeni texnologiyalara da aiddir. Təbii ki, bəzi peşələr aradan qalxacaq, digərləri isə yaranacaq. Bu, texnoloji inkişafın təbii prosesidir və onu faciə kimi qiymətləndirmək düzgün deyil. Bununla belə, dövlətin üzərinə mühüm vəzifələr düşür. İnsanların yeni peşələrə yiyələnməsi üçün şərait yaradılmalı, ixtisasını dəyişmək istəyənlərə dəstək göstərilməli, müvəqqəti olaraq işsiz qalan şəxslər üçün sosial yardım proqramları həyata keçirilməlidir. Yəni bu prosesdə dövlətin də ciddi məsuliyyəti var.
Nəticə etibarilə, yeni texnologiyaların inkişafı ilə yanaşı, yeni peşələrin yaranması da qaçılmazdır''.
Fatimə
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












