“Bibi” ləqəbli narkotacir məhkəməyə müraciət edib

Narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda təqsirləndirilən Sənubər Lütfəliyeva barəsindəki hökmdən apellyasiya şikayəti verib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxış iclası martın 7-nə təyin edilib. Qeyd edək ki, S. Lütfəliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata əsasən, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini S.Lütfəliyeva da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












