Bibisi oğlunun toyunda iki dostu bıçaqlayan şəxsin cəzası azaldılıb

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sərxan Əsədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Əsədovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 ilə endirilib.
Qeyd edək ki, hadisə 2017-ci ilin dekabrın 6-da Sabirabad rayonunun Qaragüney kəndində yerləşən "Fərid" şadlıq sarayının yanında baş verib.
Toyda rayonun Ətçələr kənd sakini S.Əsədov bisi oğlu oğlunun toy məclisində olarkən, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Orxan Xudiyev və onun dostu, 1988-ci il təvəllüdlü Emil Əhmədovu çölə çıxarıb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb. Nəticədə S.Əsədov onları bıçaqlayıb.
Hər iki yaralı Şirvan Şəhər Xəstəxanasına gətirilib və onların həyatını xilas etmək mümkün olub.
Cinayəti törədən S.Əsədov qaçaraq gizlənib. Daha sonra həbs edilib.
Məlumata görə, hadisə pul borcu üstündə baş verib.
O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










