Biləcəri dairəsi niyə genişləndirildi? - Sürücülərin NARAZILIĞINA CAVAB

Biləcəri dairəsində aparılan son dəyişiklik sürücülərin narazılığına səbəb olub.
Aparılan son yenidənqurma işlərindən sonra Biləcəri dairəsinin genişlənidirilməsi pik saatlarda həmin ərazilərdə nəqliyyat sıxlığının artmasına şərait yaradıb. Bu da sürücüləri narazı salıb.
Avtosfer.az xəbər verir ki, Yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, Biləcəri dairəsi Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında yerləşdiyinə görə çox həssas nöqtədir:
"Bura Avtovağzalın əsas giriş qapısı hesab olunur. Ona görə də, sözügedən ərazidə hərəkət problem yaratmayacaq şəkildə tənzimlənməlidir. Biləcəri dairəsinin yaxınlığındakı körpüdə iki zolaqdan ibarət yolun bir hissəsini qanunsuz taksilər və avtobus dayanacağı tutur. Bu problemlər həll olunmadıqca, sürücülərin narazılığı davam edəcək”.
Ekspert təklif edir ki, Biləcəri dairəsi yaxınlığında daha ciddi addımlar atılmalıdır:
“Həmin ərazidə ya körpünün altındakı tunel genişləndirilməli, ya da dairə tamamilə götürülməlidir. Bu ərazidə işıqforla hərəkətin müəyyənləşdirilməsi yetərli ola bilər”.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə açıqlamasında bildirib ki, təmsil etdiyi qurumun vəzifəsi tapşırılan işi həyata keçirməkdir:
“Binəqədi şosesindən başlayaraq Biləcərinin mərkəzi yolu və həmin yolun davamı olaraq Bakı Beynəlxalq Avtovağzalının qarşısına qədər hissənin yenidənqurma işlərini həyata keçiririk. Biləcəri dairəsində işlər Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi əsasında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə icrası tərəfimizdən həyata keçirilib. Hərəkətin təşkilində hansısa narazılıq mövcuddursa, vətəndaşlar sifarişçi olaraq BNA ilə əlaqə yarada bilərlər. Hazırda işlər davam etdirilir. Bu ərazidə işıqforların quraşdırılacağı nəzərdə tutulur və Biləcəri dairəsində hərəkət işıqforlar vasitəsilə tənzimlənəcək”.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, sözügedən ərazidə işlər tam yekunlaşmayıb:
“Biləcəri dairəsi və dairəyə birləşən yollarda yenidənqurma işləri davam etdirilir. İşlər tam yekunlaşandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırki şəraitdə nəqliyyat sıxlığının yaşanmasına səbəb asfalt örtüyünün çəkilməsi ilə bağlı işlərin bitməməsidir. Hazırda yol hərəkətinin təşkili ilə bağlı müəyyən məsələlərin icrası həyata keçirilir”.
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI












