Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?

Biləcəri–Yalama dəmir yolu xəttində elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur. Layihənin həyata keçirilməsi nəticəsində xəttin texniki imkanlarının genişləndirilməsi və sərnişinlərlə yanaşı, yük daşımalarının daha səmərəli təşkili gözlənilir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Asiya İnkişaf Bankı (ADB) Biləcəri–Yalama sahəsində həyata keçiriləcək modernləşdirmə layihəsinin idarə edilməsi üzrə məsləhətçilərin seçilməsi proseduruna başlayıb.
Ekspertin sözlərinə görə, layihə çərçivəsində dəmir yolu xəttinin elektrikləşdirilməsi ilə yanaşı, müasir siqnallaşdırma və telekommunikasiya sistemlərinin qurulması nəzərdə tutulur.
Layihənin işlərinə 2027-ci il fevralın 1-dən başlanılması, icra müddətinin isə 54 ay, yəni təxminən 4,5 il olması planlaşdırılır. Bu qrafikə əsasən, işlərin 2031-ci ilin ortalarında tamamlanması gözlənilir.
Layihənin maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankının 350 milyon ABŞ dolları həcmində kredit ayırması nəzərdən keçirilir. Layihənin ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Azərbaycan hökumətinin birgə maliyyələşdirməsi ilə həyata keçirilməsi planlaşdırılır.
Ekspert vurğulayıb ki, Biləcəri–Yalama xəttinin modernləşdirilməsi yalnız elektrikləşdirmədən ibarət deyil. Yeni elektrik təchizatı, siqnallaşdırma və telekommunikasiya sistemlərinin tətbiqi dəmir yolunda hərəkətin təhlükəsizliyinin artırılmasına, idarəetmənin təkmilləşdirilməsinə və xəttin buraxılış qabiliyyətinin yüksəldilməsinə imkan verə bilər.
Bu dəyişikliklər nəticə etibarilə həm sərnişin, həm də yük qatarlarının hərəkətinin daha səmərəli təşkilinə şərait yaradacaq. Layihə qrafikə uyğun başa çatdırılarsa, 2031-ci ildə Biləcəri–Yalama dəmir yolu xətti texnoloji baxımdan tamamilə yeni mərhələyə keçə bilər.
Ekspert əlavə edib ki, xəttin modernləşdirilməsi Azərbaycanın daxili dəmir yolu əlaqələrinin inkişafı ilə yanaşı, ölkə ərazisindən keçən beynəlxalq yük dəhlizlərinin imkanlarının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Eltac Züflüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












