Biləsuvarda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Biləsuvar rayonunda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a məlumat verilib. Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yuxarı Ağalı kəndi ərazisində Salyan rayon sakini Elnur Zeynalov saxlanılıb. Ondan 112,427 qram çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı E.Zeynalovun narkotik vasitəni İran İslam Respublikasından əldə edərək qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə keçirdiyi müəyyən edilib. Həmçinin onun narkotik vasitəni sifariş əsasında verməli olduğu Bakı şəhər sakinləri hər ikisi əvvəllər məhkum olunmuş Elçin Cavanşirov və Samir Əsgərov Qaradağ rayonu ərazisində “Renault Megan” markalı avtomobillə saxlanılıblar. Saxlanılarkən avtomobildən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…














