Biləsuvarda mikroavtobus yandı - VİDEO
Gündəm
14 İyun 2019 16:15

Ekspertiza nəticələrindən sonra hadisəsinin dəqiq səbəbləri müəyyən olunacaq
Bakı-Ələt-Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində mikroavtobus yanıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Cəlilabad rayon sakini Vüqar Orduyev sükanı arxasında olduğu mikroavtobusla Astara istiqamətində hərəkətdə olarkən maşının mühərrik hissəsi qəfildən alovlanıb. Alov tezliklə maşının qarşı tərəfini bürüyüb. Nəticədə, mikroavtobus yararsız hala düşüb. Sürücünün sözlərinə görə, avtomobil sonuncu dəfə Biləcəridə servisdə olub.Yanğının da məhz ustaların təmirdə buraxdıqları ehtiyatsızlıq ucbatından baş verdiyi ehtimal edilir. Sürücü avtomobilin hansı səbəbdən yanması ilə bağlı müvafiq qurumların mütəxəssislərinə müraciət edib. Ekspertiza nəticələrindən sonra hadisəsinin dəqiq səbəbləri müəyyən olunacaq.
Oxunub : 1489
DİGƏR XƏBƏRLƏR
8 Oktyabr 2026 12:00
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
8 Oktyabr 2026 11:30
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
8 Oktyabr 2026 11:00
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
8 Oktyabr 2026 08:24
Bu yollarda tıxac var - SİYAHI
7 Oktyabr 2026 20:50
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
7 Oktyabr 2026 20:00
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
7 Oktyabr 2026 18:23
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
7 Oktyabr 2026 18:14
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
7 Oktyabr 2026 18:05
Bu yollarda tıxac var - SİYAHI
7 Oktyabr 2026 17:54
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
7 Oktyabr 2026 16:11
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
7 Oktyabr 2026 15:00
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
ŞƏRH YAZ












