Biləsuvarda təqaüdçülərin pulunu mənimsəyən keçmiş məhkum saxlanılıb - FOTO

Biləsuvar rayonunda təqaüdçülərin pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb. Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a bildirilib.
Məlumata görə, Biləsuvar rayonunun Nərimankənd kənd sakini T. İsayev rayon polis şöbəsinə müraciət edərək martın 5-də rayon ərazisində yerləşən bankomatlardan birinə təqaüdünü almaq üçün yaxınlaşdığını deyib. Yaşlı olduğundan pulu çıxarmaq üçün tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq pul olmadığını deyərək kartı qaytarıb və dələduzluq yolu ilə zərərçəkmişin 200 manat pulunu mənimsəyib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə faktı törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Onun əvvəllər də eyni əmələ görə məhkum olunmuş İlqar Eminov olduğu məlum olub. Araşdırmalarla İ.Eminovun eyni yolla daha iki rayon sakini olan təqaüdçünün, ümumilikdə, 185 manat pulunu mənimsədiyi aşkar edilib. İ.Eminovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102 xidməti - Zəng mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












