Binalardakı qanunsuz artırmalar söküntü zamanı mübahisələrə səbəb olur - VİDEO

Köhnə tikililərə, əsasən də ikimərtəbəli binalara qanunsuz artırmalar edilir.
Avtosfer.az xəbər verir ki, Bakının bir çox yerində rast gəlinən bu mənzərə həm təhlükəsizlik, həm də estetik baxımdan problem yaratsa da, diqqətçəkən məqam əlavə artırmaların plana düşən ərazilərdə əsas mübahisə məsələsinə çevrilməsidir.
Bir neçə il əvvələ qədər və çox zaman sənəddə qeyd ediləndən əlavə sonradan artırılan otaqlar da hesablanırdı. Lakin hazırda bu məsələni həll etmək xeyli çətinləşib. Çünki vətəndaş yeni ev verilən zaman artırılan hissənin də hesablanmasını tələb edir. Qarşı tərəf isə çox zaman bununla razılaşmır.
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, qanunsuz artırmalar söküntü zamanı müəyyən istisnalarla hesablanır.
Lakin bəzi tikinti şirkətləri söküntü zamanı əlavə sahələri nəzərə almırlar. Binaların çox hissəsində isə heç bir sənəd yoxdur. Artırmalar sənədsiz həyata keçirilib. Bu səbəblə tikinti şirkətlərinin bəziləri də mövcud sahəyə deyil, sənəddə olan kvadrata uyğun hesablama işi aparır.
Mütəxəssis qeyd edir ki, artırmaların çox olması tikinti şirkətlərinə də sərf etmir. Çünki artırmaların sayı çox olduqca, vətəndaşa daha çox vəsait və ya sahə verməli olur. Buna görə də, belə artırmalar söküntü prosesini uzadır. Binalar isə belə artırmalara görə, daha da qəzalı vəziyyətə düşür.
Ətraflı süjetdə:
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












