Binanın həyətində maşınları əzən sürücü həbs edildi - VİDEO

Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində "Toyota Land Cruiser" markalı maşınla həyətdə dayanmış avtomobilləri əzən sərxoş "sürücü"yə həbs cəzası verilib. Avtosfer.az xəbər verir ki, Binəqədi rayon Polis idarəsi tərəfindən başlanmış araşdırma yekunlaşıb və iş məhkəməyə göndərilib.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə zamanı sürücü Kazılmov Sənan yaşar oğlu İnzibati Xətalar Məcəlləsinin 33.1 və 511.1-ci maddələri ilə təqsirli bilinərək barəsində bir ay müddətinə inzibai qaydada həbs edilib. Onun sürücülük hüququ isə bir il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, o, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində sərxoş vəziyyətdə "Toyota Land Gruiser" markalı, 10 MV 984 dövlət nömrə nişanlı həmin avomobili idarə edərək özü ilə barəbər 10 avtomobili əzib. Maşın işlək vəziyyətdə dayandığı yerdə ağır dərəcəli sərxoş olan qonşu yaxınlaşaraq sükan arxasına keçib və belə bir hadisə törədib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, qəza törədilən avtomobili sahibi hazırda Türkiyədədir. O, gedərkən avtomobilin açarlarını qonşuya verib ki, arabir maşını işə salsın. Akkumlyator sıradan çıxmasın. Həmin qonşu isə bunu bacarmadığı üçün digər bir qonşudan bu işi görməsini istəyib. Sərxoş vəziyyətdə olan həmin şəxs isə bu hadisəni törədib.
Orxan
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












