Binəqədidə yeniyetməni qətlə yetirən gəncin atası məhkəmədə dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin atası Elman İsmayılov şahid qismində ifadə verib. O qeyd edib ki, mərhum Musa Babayev hadisədən əvvəl onun oğlunu təhqir edib: "Bir neçə dəfə onlar arasında mübahisə düşüb. Mən mərhumun rəhmətlik atasına bu barədə də demişdim. Həyat yoldaşım dəfələrlə onların evinə gedib, anasına da bildirib. Lakin Musa oğlumu hər dəfə söyürdü. Hadisə günü qızım zəng edib Ağaramazanın dava etdiyini bildirdi. Sonra mən polisə məlumat verdim". Məhkəmədə təqsirləndirilən şəxsin atası ilə zərərçəkmişin hüquqi varisi, mərhumun anası arasında mübahisə düşüb. Hakim tərəfləri sakitləşdirib. İfadəsini davam etdirən E.İsmayılov bildirib ki, hadisədən sonra qohumlarını M.Babayevin yas mərasiminə göndərib: "Onları qapıdan qovublar. İstəməzdim ki, belə olsun. Mən inanmıram ki, oğlum Musanı öldürsün. Hər ikisi də azyaşlı idi. O, bəlkə də, hadisəni öz üzərinə götürüb". Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib. Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb. Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətlərinin olduğu məlum olub. Məlumata görə, gənclər arasında dava zarafat üstündə olub. Belə ki, A.İsmayılov avtobusda sürücü köməkçisi işləyən zaman qonşusu M.Babayev onun başına iki dəfə sillə vurub. A.İsmayılovun sözlərinə görə, həmin vaxt avtobusda sərnişinlər də olub və bu hərəkəti qəbul edə bilməyib. Sonra isə aralarında yenə mübahisə düşüb və o, M.Babayevi bıçaqlayaraq öldürüb.
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ










