Binəqədidə yol kənarındakı şəxsi vuran sürücünün məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Namazovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fərid Əmirəliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb. Qeyd edək ki, hadisə ötən il noyabrın 5-də Binəqədi rayon ərazisində baş verib. Belə ki, Arif Kərəm oğlu Namazov idarə etdiyi "Mercedes Benz” markalı minik avtomobili ilə yolun kənarında dayanmış Abidin Bağırovu vurub öldürüb. Məlumata görə, A.Namazov maşınla Binəqədi şosesindən Xırdalana gedərkən kənarda dayanmış kişini görməyib və maşınla onun üstündən keçib. Hadisəni törədən sürücü saxlanılıb, avtomobil isə cərimə meydançasına aparılıb.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










