“Bir aydan sonra asfalt çökdü…” - FOTO

Bakı-Xocahəsən yolunun 2-ci kilometrliyində 3 kvadrat metr ərazidə asfaltın çökməsi sürücülərin hərəkətinə ciddi mane yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə qafqazinfo-ya müraciət edən Xocahəsən sakini Elmar İbrahimov bildirib ki, sözügedən yol qlobal magistral yoldur. Bütün yük maşınları Bakı şəhərinə bu yoldan daxil olur. Həmin ərazidə 3 ay əvvəl bir obyektə asfaltın altında turba çəkdilər. 1 aydan sonra çəkilən turbanın üstündəki asfalt çökdü. Bu sürücüləri narahat edir, sözügedən yolda dəfələrlə qəzalar olub. Üç kvadrat metr yerə asfalt vurmağa imkan yoxdurmu?"
Qafqazinfo məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə müraciət edib.
O bildirib ki, sözügedən yoldakı problem aradan qaldırılacaq: "Ümumiyyətlə, bu ilin sonuna qədər Xocahəsən-Lökbatan yolunun 12 km uzunluğunda əsaslı təmir aparılacaq. Eyni zamanda, bizim qurumun balansında olan Xocahəsən qəsəbəsinin küçələrində 4 km məsafədə yol salınacaq. Bu işlərin də may ayına kimi başa çatması gözlənilir".

İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










