Bir cüt ulduz kimi…

Analarının gözü önündə Xocalıda qətlə yetirilən Gülmirə və Aysel bacılarının şəklinə baxmağa ürək eləmirəm. Qorxuram o məsum baxışların qınağından.
Yaşasaydılar bəlkə də oğul-uşaq sahibi idilər. Yaşatmadılar, yaşamağa qoymadılar. Xocalıda 1992-ci ilin fevralın 25-nə kimi şam işartısı qədər də olsa həyat var idi və get-gedə daralan mühasirəni avtomatlarla, ov tüfəngləri ilə yarmaq sonunda üç alma düşməyən nağıla bənzəyirdi.
Xocalıdakı həyat ağacının qızıl almalarını aparmağa insan cildindəki divlər, əcinnələr hücum çəkmişdi düz 27 il öncə.
Azərbaycan xalqının yaddaşında Xocalı 1992-ci ilin 25-dən 26-na keçən gecə bir cüt ulduz kimi sönən körpə gözlərilə qalıb...
Bu gün o gündən bütün dünya artıq danışır. Daha doğrusu, dünyanı danışmağa, başımıza gətirilənləri görməyə məcbur edirik.
Fevral ayında Vətənimizin üzərinə Xocalı boyda sükut çökür və bu səssizliyi pozmağa yalnız təbiətin gücü çatır. Külək əsir, yağış yağır, göydən qar ələnir...
Unutqanlığımızı bizə tövbə etdirdi, əziyyət çəkdiyimiz yaddaşsızlığımıza dərman oldu Xocalı. Dərdimizin adı oldu dünyanın hər yerində. Bəlkə də hər fevral ayında yer üzünün bütün quşları “Mən Xocalıdanam”,-deyib göy üzündə haray salır. Bunu biz görməsək də bizi yaradan görür və səbr edir.
Hələ ki, qısas deyirik, hələ ki, canımız dişimizdədir. Ancaq hər fevral ayı gələndə elə bilirəm ki, Xocalının qısasını bizdən əvvəl düşmənlərimizdən ana təbiət, yaralanan torpaq, günahsız körpələrin qanına bələnənən dağ, daş alacaq. Geci-tezi var demirəm, gec olsa da güc olar, inşəallah deyirəm...
Hafiz Təmirov,
polis mayoru
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












