Bir gecədə 11 avtomobildən oğurluq edən şəxslər tutuldu - FOTO

Bakı şəhəri, Xətai rayonunda sutkanın qaranlıq saatlarında avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini Nicat Qasımzadə N.Əliyev küçəsində cinayət başında tutularaq ərazi üzrə 37-ci Polis Şöbəsinə təhvil verilib.
Saxlanılan şəxsin ətrafında 37-ci Polis Şöbəsində araşdırma aparılan zaman onun bir gecədə 11 avtomobilin şüşəsini sındırdığı məlum olub. N.Qasımzadə qeyd edilən cinayətləri paytaxt sakini Ceyhun Abbasovla birlikdə törətdiyini bildirib. Qeyd edək ki, Ceyhun Abbasov bir neçə ay əvvəl analoji cinayətlər etdiyi üçün polislər tərəfindən saxlanılsa da, həmin vaxt yetkinlik yaşına çatmadığından onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri avtomobillərin salonlarından əsasən pul və digər qiymətli əşyalar oğurlayıblar. Onlar şüşəsi sındırılan nəqliyyat vasitələrinin birinin salonundan isə 1000 manat ələ keçiriblər. Dəstə üzvləri bir neçə gün əvvəl də Xətai rayonun digər küçələrində də avtomobillərin şüşələrini sındıraraq oğurluqlar etdikləri məlum olub.
Faktla bağlı 37-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
















