Banner

Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ

Gündəm 9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
WhatsApp kanalımıza abunə olun

Memar Elçin Əliyev bir neçə il əvvəl əsaslı təmir olunmuş binada yenidən bərpa işlərinin aparılmasına etiraz edib. O, görülən işlərin zəruriliyini sual altına alaraq, tarixi memarlıq nümunələrinin qorunması məsələsinə diqqət çəkib.

Avtosfer.az xəbər verir ki, söhbət Səbail rayonu, Əziz Əliyev küçəsində yerləşən binadan gedir. Memar bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, fasadında hansı problemin yarandığı aydın olmadığı halda binada yenidən bərpa işlərinin aparılması suallar doğurur.

Elçin Əliyev qeyd edib ki, bu gün çəkdiyi fotoşəkilləri işlər başa çatdıqdan sonra binanın yeni görünüşü ilə müqayisə edəcək. Nəticədə hər hansı real dəyişikliyin olub-olmadığını görmək maraqlı olacaq.

Memar tarixi binaların vəziyyətindən narahatlığını ifadə edərək, bəzi memarlıq nümunələrinin bərpa işləri adı altında dəfələrlə müdaxiləyə məruz qaldığını vurğulayıb. O, belə halların tarixi irsin qorunması baxımından ciddi suallar yaratdığını bildirib.

Həmçinin dövlət tərəfindən mühafizə olunan memarlıq abidəsi statusuna malik binada işlərin aparılmasına Mədəniyyət Nazirliyinin hansı əsasla icazə verdiyini soruşub.

Memarın fikrincə, bərpa işləri tarixi binaların memarlıq xüsusiyyətlərini qorumağa xidmət etməlidir. O, bəzi hallarda bu işlərin məqsədi və səmərəliliyi ilə bağlı şübhələrin yarandığını qeyd edərək, əvvəlki təmirin üzərindən az vaxt keçməsinə baxmayaraq, binaların yenidən təmirə cəlb edilməsini tənqid edib.

Elçin Əliyev hesab edir ki, tarixi tikililərdə aparılan bərpa işlərinin zəruriliyi, keyfiyyəti və nəticələri şəffaf şəkildə qiymətləndirilməli, ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət gücləndirilməlidir.

Eltac Züflüqaroğlu

FOTO QALEREYA
Oxunub : 236
ŞƏRH YAZ
Ad

E-mail

Şərh