Bir qutuda risk: enerji içkiləri ürəyi necə məhv edir?

Enerji içkilərinin müntəzəm istifadəsi sağlamlığa ciddi zərər verə bilər. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, bu içkilərdə yüksək miqdarda kofein, şəkər və müxtəlif stimullaşdırıcı maddələr olur ki, onlar orqanizmə qısa müddətli enerji versə də, uzunmüddətli dövrdə ürək-damar sistemi, qaraciyər və sinir sistemi üçün təhlükə yaradır. Mütəxəssislərin sözlərinə görə, enerji içkilərinin tez-tez qəbulu ürək döyüntülərinin sürətlənməsinə, təzyiqin artmasına və yuxusuzluğa səbəb ola bilər. Hətta bəzi hallarda ritm pozuntuları və ürək dayanması riski də qeyd olunur. Bundan əlavə, yüksək şəkər tərkibi piylənmə, 2-ci tip şəkərli diabet və diş problemlərinə gətirib çıxara bilər. Enerji içkilərini spirtlə qarışdırmaq isə riski ikiqat artırır, çünki alkoqolun təsirini maskalayaraq intoksikasiya ehtimalını yüksəldir. Həkimlər xüsusən yeniyetmələrə və gənclərə enerji içkilərindən uzaq durmağı bildirir. Enerjini təbii yollarla balanslı qidalanma, fiziki aktivlik və normal yuxu ilə təmin etmək tövsiyə olunur.
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












