"Biz üç saat işləyəcəyik" - İctimai nəqliyyat İFLİC VƏZİYYƏTDƏ

Bu gün səhər saatlarında Yerevanda ictimai nəqliyyat iflic vəziyyətə düşüb. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, "Yerevan Avtobusu" QSC-nin sürücüləri xidmət göstərməkdən imtina ediblər. Məlumata əsasən, sürücülər quruma 7 ildir ki, rəhbərlik edən Elbak Tarpoşyanın işdən çıxarılmamasını istəyirlər. Aksiyanın başlamasından bir neçə saat sonra sürücülərlə danışıq aparmaq üçün şirkətin direktoru və Yerevan meriyasının Nəqliyyat İdarəsinin sədri Henrix Navasardyan gəlib. Sonuncu qeyd edib ki, Tarpoşyan 2018-ci ilin dekabrında işdən çıxmaq barədə ərizə yazıb və lakin o hələ təsdiqlənməyib. Navasardyanın sözlərinə görə, müvəqqəti olaraq vəzifəni icra edən direktor təyin olunacaq. Sürücülərin özləri isə bildiriblər ki, meriyanın özü namizədi artıq var və o onlar üçün yolverilməzdir. Nəticədə Elbak Tarpoşyan sürücüləri işləməyə inandıra bilib: "Mənə bir neçə saat verin, söz verirəm, mən öz ərizəmi özüm cıracağam".
Sürücülər isə buna üç saat veriblər: "Biz üç saat işləyəcəyik, hələlik hansı qərarın veriləcəyini gözləyək".
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










