“Bizim ölkəmizdə könüllü sığorta yox dərəcəsindədir” - Ərşad Hüseynov

"Dünənki yanğınla bağlı sığorta haqqında daha çox danışılır. Gəlin, bir həqiqəti bir daha xatırlayaq: bizim ölkəmizdə könüllü sığorta yox dərəcəsindədir. Sığorta şirkətləri icbari sığortaların və qanunda "könüllü" kimi nəzərdə tutulsa da, əslində məcburi olan sığortaların (məsələn, girov və ya lizinq predmetinin sığortası və s.) hesabına mövcuddur".
Avtosfer.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində paylaşım edib. O bildirib ki, vəziyyəti ilk növbədə sığorta şirkətləri özləri və bu sahədə dövlət idarəçiliyini həyata keçirən qurumlar dəyişməlidir. "Sığorta xidmətini elə real və mükəmməl etmək lazımdır ki, sahibkar işə başlamazdan əvvəl ilkin addımlar sırasında sığorta müqaviləsini bağlamağı da unutmasın. Məsələn, dünənki kimi hadisə inkişaf etmiş sığorta bazarı olan ölkədə olanda, sahibkar nəinki malı üçün göz yaşı tökərdi, hətta yaxına gəlib zəhərli tüstünü də udmaq istəməzdi" - Hüseynov vurğulayıb.
Qeyd edək ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Yanğında 12 nəfər xəsarət alıb.
Namiq
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












