BMT əməkdaşlarına “Boinq”lə bağlı göstəriş

BMT Efiopiyada baş vermiş təyyarə qəzasında 21 əməkdaşının həyatını itirməsi səbəbindən bütün işçilərə “Boinq 737 MAX” tipli təyyarələrlə səyahət etməmək təlimatı verib. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik danışıb. “BMT əməkdaşlarına Efiopiyada qəzaya uğrayan təyyərə ilə eyni tip təyyarələrlə səyahət etməmələrinə dair təlimatlar göndərilib”, - Düjarrik bildirib.
BMT baş katibinin sözçüsü bu qərarın standart təhlükəsizlik tədbiri olduğunu vurğulayıb.
Qeyd edək ki, Efiopiyadan Keniya istiqamətində uçan “Boinq 737 MAX” tipli təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həlak olub. Sözügedən təyyarələrin son 5 ay ərzində ikinci dəfə qəzaya düşməsi dünyanın 40-dan artıq ölkəsinin bu modellərdən imtinasına gətirib çıxarıb.
Ötən gün isə “Boinq” şirkəti bu model təyyarələrin istehsalını dayandırdığını açıqlayıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












