BNA cərimələdiyi sürücülərin sayını açıqlayıb

“Bu günə qədər 73 minə yaxın sürücü cərimələnib”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib.
Onun sözlərinə görə, BNA-nın iki həftə ərzidə 54 min sürücünü cərimələdiyini deyirlər: “54 min nəfər nəqliyyat vasitəsini almaq imkanı olan insanlardır. Biz 54 min insanın narazılığına qulaq asmalıyıq, yoxsa ictimai nəqliyyatdan istifadə edənlərin? Cərimə 20 AZN-dir, əgər üç gündə ödənilirsə bu, 18 AZN olur: “Hazırda 73 min nəfərin cəriməsi araşdırılır. Ola bilsin ki, nömrələrində problemlər mövcuddur. Şikayətçiləri qəbul edib, onların tələblərini nəzərə alırıq".
V.Kərimli dayanacaqlarla bağlı məsələdən də danışıb: “Hazırda dayanacaqlarla əlaqədar işi yekunlaşdırmaq üzrəyik. Belə ki, intellektual kameraların quraşdırılması nəzərdə tutulur. Bu, şəhərin bütün dayanacaqlarında təşkil ediləcək. Məqsədimiz işi il ərzində yekunlaşdırmaqdır. Martın ortalarında Yeni Yasamalda, əsasən Şərifzadə küçəsində bu istiqamətlərdə kameralar quraşdırılacaq”.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










