BNA hər kəsə təşəkkür etdi

Mayın 29-da müasir inkişafı və tarixi ənənələri özündə birləşdirən paytaxtımız daha bir nüfuzlu qitə əhəmiyyətli futbol oyununa ev sahibliyi etdi. UEFA Avropa Liqasının final qarşılaşması doğma şəhərimizdə uğurla reallaşan idman turniri kimi yadda qaldı.
İrimiqyaslı bu tədbirin uğurla yekunlaşmasını şərtləndirən vacib məqamlardan biri də nəqliyyat məsələlərinin düzgün hazırlanması və idarə olunmasıdır. Final oyununun nəqliyyat planı da bu məqam nəzərə alınmaqla tərtib edilib.
Məmnunluqla bildirmək istərdik ki, fəaliyyət planında əksini tapan tədbirlər uğurla və vaxtında icra edilib. Nəqliyyat tədbirlərinin müvəffəqiyyətlə icra olunmasında paytaxt sakinlərinin əvəzsiz dəstəyinin əhəmiyyətini qeyd edərək Bakı Nəqliyyat Agentliyi kollektivinin hörmət və ehtiramını çatdırırıq. Oyunlarla bağlı tətbiq edilən müvəqqəti dəyişikliklərə anlayışla yanaşdıqları üçün bütün hərəkət iştirakçılarına dərin təşəkkürümüzü bildiririk. Məhz sizin həyata keçirilən tədbirlərə əsl vətəndaşlıq, xalqımıza xas olan yüksək mədəniyyət və qonaqpərvərlik mövqeyindən yanaşmanız ölkəmizin müsbət imicinin daha da möhkəmlənməsinə töhfə kimi dəyərləndirilməlidir.
Bakı Nəqliyyat Agentliyinin əsas məqsədi, vətəndaşlarımıza layiqli, təhlükəsiz və müasir nəqliyyat xidmətlərinin göstərilməsini təmin etməkdir. Biz, eyni zamanda, bu istiqamətdə gördüyümüz işlərə verdiyi dəstəyə görə də vətəndaşlara təşəkkür edirik. Eyni zamanda, bildirmək istərdik ki, bu dəstəyin və anlayışlı münasibətin davamlı olacağına inamımız sonsuzdur.
Fəaliyyətimiz boyu bizə dəstək olan KİV-in əhalinin final oyunun nəqliyyat tədbirləri barədə vaxtında məlumatlandırılması və maarifləndirilməsi işini də diqqətdə saxlaması bizim üçün önəmlidir. Media ilə əməkdaşlıqdan daim məmnun olduğumuzu ifadə edərək təşəkkür edirik.
Həmçinin, nəqliyyat məsələlərinin icrasında iştirak edən aidiyyəti dövlət və özəl qurumların səylərini vurğulayaraq minnətdarlığımızı ifadə edirik.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










