"Boeing" Efiopiyadakı aviaqəzaya görə yeni təyyarənin təqdimatını təxirə salıb

"Boeing" şirkəti "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737-8 MAX" təyyarəsinin Efiopiyada qəzaya uğramasından sonra "BBJ-777X" modelinin martın 13-nə təyin edilmiş təqdimatını təxirə salıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Boeing" şirkətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, yeni təyyarəni dünyaya ən qısa zamanda təqdim etmək imkanı axtaracaqlar.
Qeyd edək ki, "Boeing Business Jets" ötən ilin dekabr ayında "dünyanın yarısından çoxu"na bərabər məsafələrə birbaşa uçuşlar edə biləcək yeni təyyarələrin təqdim olunacağını açıqlamışdı. Söhbət "BBJ-777-8" və "BBJ-777-9" modellərindən gedir. Onlardan birinci birdəfəlik yanacaqdoldurma ilə 21570 km, ikincisi isə 20370 km-ə qədər məsafə qət edəcək.
Xatırladaq ki, martın 10-da Efiopiyanın Bişoftu şəhəri yaxınlığında "Boeing 737" tipli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 157 nəfər ölüb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












