"Boeing" şirkəti "Boeing 737 Max" təyyarələrinin proqram təminatında səhvlərin olduğunu etiraf edib

ABŞ-ın "Boeing" şirkəti "Boeing 737 Max" tpli təyyarələrin proqram təminatında səhflərin mövcud olduğunu etiraf edib. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, artıq MCAS proqram təminatına müvafiq düzəliş edilib və istifadəçilər bu barədə məlumatlandırılıb. "Boeing" şirkətinin yaydığı məlumatda bildirilir ki, MCAS proqram təminatından pilotlara "Boeing 737 Max" təyyarələri idarə etmək üçün keçirilən təlimdə istifadə edilir.
Xatırladaq ki, son 6 ayda "Boeing 737 Max" tipli iki təyyərin qəzaya uğraması nəticəsində 346 nəfər ölüb. 2018-ci ilin oktyabrında İndoneziya sahillərində baş verən qəzada 189, bu ilin martında Efiopiyada baş verən qəzada isə 157 nəfər həyatını itirib. Efiopiyadakı hadisədən sonra bir çox aviaşirkətlər "Boeing 737 Max" tipli təyyarələrdə baş verən qəzaların səbəbi aydınlaşana qədər bu təyyarələrin istismarını dayandırdığını bəyan edib. "Boeing" şirkəti bu təyyarələrin hamısını geri çağırıb və texniki çatışmazlıqları araşdırmağa başlayıb.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












