“Boeing” şirkəti qalmaqallı təyyarə ilə bağlı yeni qərar verdi

“Boeing” şirkəti Afrikada qəzaya uğramış “737 Max” model qrupundan olan təyyarələr üçün yeni proqram təminatı buraxmağı planlaşdırır. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda Reuters məlumatlı mənbəyə istinadən informasiya yayıb. Proqram təminatının yeni versiyası 7-10 gün ərzində çıxacaq. Şirkət rəsmilərinin dediyinə görə, altı ay ərzində sözügedən təyyarələrin iştirakı ilə baş vermiş iki aviaqəzaya qüsurlu proqram təminatının səbəb olduğu ilə bağlı heç bir sübut aşkarlanmayıb. Ancaq qəzalardan əvvəl laynerlərin oxşar trayektoriyalarla hərəkət etməsi bu barədə əsaslı olaraq şübhə yaradır.
Xatırladaq ki, martın 15-də “Boeing 737 Max 8” təyyarəsinin qəza yerində (Efiopiya) təyyarənin quyruğundakı nizamlayıcının bir parçası aşkarlanıb. Onun üzərində olan trimmer qeyri-adi mövqedə olub.
2018-ci ilin payız aylarında qəzaya uğramış Lion Air hava yolları şirkətinə aid “Boeing” təyyarəsinin dağıntılarında da oxşar mənzərə müşahidə olunmuşdu.
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil










