Bölgələrdə maye qaz bahalaşıb: Qiymət artımının əsası varmı? – VİDEO

Gəncədə maye qazın satış qiyməti yanvarın 5-dən 5 qəpik artırılıb. Sürüclər azı iki həftədir ki, məntəqələrdən əvvəl 45 qəpiyə olan qazı indi 50 qəpiyə aldıqlarını deyirlər.
Avtosfer.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, yanacaqdolurma məntəqələrində yeni qiymətləri inkar edən yoxdur. Bəzilərində qazın 50 qəpiyə satıldığı, hətta qiymət lövhələrində də əks olunub. Ancaq bahalaşmanın hansı qərara əsaslandığını deyən yoxdur.
Analoji hadisə Şəkidə də müşahidə edilir. Burda isə vətəndaşlar maye qazın 10 qəpik bahalaşdığını deyir.
Qaz satışı ilə məşğul olan şirkətin məsul əməkdaşı bildirir ki, qiymətlərin paytaxtdakı 45 qəpiklik qiymət əvəzinə 55 qəpiyə satılmasının bir sıra səbəbləri var.
İqtisadiyyat Nazirliyindən məsələ ilə bağlı bildirdilər ki, maye qazın topdan satışının qiyməti dövlət tərəfindən tənzimlənir. Bir ton qazın topdan satış qiyməti 300 manatdır. Ancaq qazın pərakəndə satış qiyməti dövlət tərəfindən tənzimlənmir. Buna görə də daşınma xərclərindən asılı olaraq müxtəlif bölgələrdə maye qazın qiyməti fərqli ola bilər.
Ancaq maraqlısı budur ki, yanvar ayında maye qazın pərakəndə satış qiymətinin artması üçün heç bir qiymət artımı və ya rüsum dəyişikliyi olmayıb. Bu yerdə sual yaranır: Bəs maye qazın satışında son bir ayda baş verən bahalaşmaya səbəb nədir?
İqtisadiyyat Nazirliyi və SOCAR qiymət artımını şərtləndirəcək hansısa hadisənin baş vermədiyini bildiriblər.
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR










