Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI

Lənkəran, Şirvan və Yevlax şəhərlərində 535 güzəştli mənzilin satışa çıxarılması regionlarda sosial mənzilə olan tələbatı yenidən gündəmə gətirib. Güzəştli mənzillərin daha əlçatan şərtlərlə təqdim olunması xüsusilə gəlirləri məhdud olan ailələr üçün mənzil sahibi olmaq imkanlarını genişləndirir.
Avtosfer.az xəbər verir ki, satışa çıxarılan mənzillərin qiymətləri və onlara olan tələbat regionlarda mənzil bazarının mövcud vəziyyəti ilə bağlı da suallar yaradır. Bəs güzəştli mənzillərin qiymətləri əhalinin gəlirlərinə nə dərəcədə uyğundur və belə layihələrin genişləndirilməsi mənzil bazarına necə təsir edə bilər?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, güzəştli mənzillərin, güzəştli mənzilləri bazara çıxartması əhalinin güzəştli mənzillərə əlçatanlığını artırır:

"Elektron satışı zamanı çoxlu neqativ hallar müşahidə olunurdu. Çoxlu hallarda proqramistlərdən istifadə edilərək belə neqativ hallar olur. İndi onun mümkün qədər aradan qaldırılması istiqamətində addımlar atılmalıdır ki, bunun doğrudan da daha çox ehtiyacı olan şəxslərə gedib çatması və bu proseslərdə müştəriliyin azalması məsələsi olsun.
Amma ümumilikdə isə prosesin özünü müsbət qiymətləndirirəm. Bəzi regionlarda ehtiyac var, amma məsələ ondan ibarətdir ki, regionlarda tələbat öyrənilərək bu addım atılmalıdır. Bütün rayonlarda ucdan tutmayaraq yox, harada doğrudan da tələbat var, harada doğrudan da, belə deyək də, hökumət baxmalıdır, analiz etməlidir ki, bu, həm də regionlardan Bakıya miqrasiyanın qarşısını azaldacaq. Doğrudan da tələbat var, o alıcılıq qabiliyyəti var, ondan sonra həyata keçirilməlidir. Çünki o tikini boş saxlamaq da doğru deyil, ölkənin sərvətinin səmərəsiz yerləşdirilməsi olar. Və xüsusən də iri regional şəhərlərdə deyə bilərəm, çünki o böyük şəhərlərdə bunu etmək olar. Əsasən də hesab edirəm ki, Bakıya ətrafı, xüsusən də mərkəzdə olmayanda, xüsusən də geniş periferiyalarda daha çox tələbat olacaq. Amma yenə də regional şəhərlərimizdə, böyük şəhərlərimizdə, Bakıdan kənardakı şəhərlərdə də bu addımlar atmaq olar".
Fatimə
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












