Bölgənin çox böyük nəqliyyat daşıma potensialı müzakirə mövzusu olub - Ceyhun Bayramov

Azərbaycan, Türkiyə və Özbəkistanın strateji tərəfdaşlıq və müttəfiqliyindən irəli gələrək bu gün müxtəlif məsələlər müzakirə olunub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Özbəkistan XİN başçıları ilə birlikdə Ankarada keçirilən mətbuat konfransda deyib.
O qeyd edib ki, hər üç ölkənin iştirakı ilə bir sıra yeni potensial layihələr müzakirə olundu:
"Bərpa olunan enerji sahəsində fikir mübadiləsi apardıq. Şərq-Qərb, Orta dəhliz məsələsi də diqqətdə saxlanıldı. Ümumilikdə Xəzər, Qara və Aralıq dənizini əhatə edən bölgənin çox böyük nəqliyyat daşıma potensialı müzakirə mövzusu olub. Regional məsələlər də bu gün müzakirə predmeti olub. Əfqanıstanda beynəlxalq ictimaiyyətin razılığı ilə həyata keçirilən humanitar yardım layihələrinə diqqət yetirilib. Trans-Əfqanıstan dəmiryolu layihəsinin önəmi vurğulanıb".
XİN başçısı COP29-da iştiraklarına görə hər iki ölkənin rəsmilərinə təşəkkürünü də çatdırıb.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












