Bomba yüklü avtomobil partladıldı: 15 ölü

Somalinin paytaxtı Moqadişoda bir otelin qarşısında bomba yüklü avtomobilin partladılması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Somali paytaxtının təcili tibbi yardım xidmətinin rəhbəri Əbdiqədir Əbdürəhman bildirib ki, terror aktı nəticəsində ölən 15 nəfərin meyitləri meyitxanaya gətirilib, yaralanan daha 12 nəfər isə xəstəxanadadır. İnsidentin şahidləri isə hadisə yerində 18 nəfərin cəsədi olduğunu bildiriblər.
Moqadişo polisinin rəisi Məhəmməd Hüseyn deyib ki, partlayış nəticəsində otel və ətrafdakı restoranlar tamamilə dağılıb. Onun sözlərinə görə, ölü sayı arta bilər.
İnsident üçün məsuliyyəti heç bir silahlı qruplaşma və ya təşkilat üzərinə götürməyib. Lakin polis bu terror aktının “əl-Şəbab” silahlı qruplaşmasının törətdiyini qeyd edib. Qanun keşikçilərinin təmsilçisi bildirib ki, şənbə günü Moqadişoda atışmalar zamanı da “əl-Şəbab” terrorçuları 12 nəfəri qətlə yetiriblər.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












