Brüssel Avropanın ən çirkli paytaxtlarından biri kimi tənqid olunur

Belçikanın paytaxtı Brüssel artan tənqidlər fonunda Avropanın ən çirkli şəhərlərindən biri kimi gündəmdə qalır. Yerli sakinlər və ekspertlər şəhərdə tullantıların idarə olunması və küçə təmizliyinin ciddi problemlər yaratdığını bildirirlər. Bu barədə “Brussels Times” portalı yazır.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, məlumata görə, şəhərdə zibil torbalarının küçələrdə uzun müddət qalması adi hal alıb. Bu vəziyyət həm estetik görüntüyə, həm də sanitariya şəraitinə mənfi təsir göstərir. Təmizlik işlərinə cavabdeh qurumların fəaliyyətinə baxmayaraq, problemlər hələ də tam aradan qaldırılmayıb.
Ekspertlər vəziyyəti idarəetmənin parçalanmış strukturu ilə əlaqələndirirlər. Brüsseldə müxtəlif bələdiyyələrin və regional qurumların paralel fəaliyyət göstərməsi koordinasiya problemlərinə səbəb olur. Bu isə təmizlik siyasətinin effektivliyini azaldır. Bununla yanaşı, əhali sıxlığı, turizm axını və sosial problemlər də vəziyyəti ağırlaşdıran əsas amillər kimi göstərilir. Mütəxəssislər hesab edirlər ki, problemin həlli üçün kompleks yanaşma və daha effektiv idarəetmə mexanizmləri tələb olunur.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












