BTQ dəmir yolunun ilk sərnişin qatarı Gürcüstandan Azərbaycana yola düşüb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək ilk sərnişin qatarı ötən gün axşam saatlarında Gürcüstandan Azərbaycana yola düşüb. Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, İsveçrənin “Stadler” şirkətinin istehsalı olan 10 vaqondan ibarət qatar martın 24-dən 28-dək Gürcüstanın dəmir yollarında test olunub.
Qatar 9 yataqlı vaqon və 1 yeməkxana vaqonundan ibarətdir. Vaqonlar fiziki imkanları məhdud şəxslər üçün də adaptasiya olunub. Qatarın bu gün səhər saatlarında Bakıya çatacağı gözlənilir.
Qeyd edək ki, sərnişin qatarı İsveçrədən Türkiyəyə martın 23-də, Türkiyədən Gürcüstana isə martın 24-də çatdırılıb.
Xatırladaq ki, “Stadler” ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən BTQ üçün, ümumilikdə, 30 vaqon hazırlanacaq.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












