Bu gün axşam Biləcəri enişində hərəkət bərpa olunacaq

Bakının Binəqədi rayonu, Biləcəri dairəsi istiqamətində olan yolda bu gün axşam saatlarından hərəkət bərpa ediləcək. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, hazırda ərazidə təmir işləri davam etdirilir: "Biləcəri dairəsi və dairəyə birləşən yollarda təmir-bərpa işləri həyata keçirilir. Bununla əlaqədar olaraq Biləcəri enişindən Biləcəri dairəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hazırda asfaltlanma işləri görülür. Sürücülərdən xahiş olunur ki, alternativ olaraq Yəhya Hüseynov, Rəşid İsmayılov və Asəf Zeynallı küçələrindən istifadə etsinlər".
A.Nəcəfli qeyd edib ki, ərazidə işlər axşam saatlarına qədər davam edəcək: "Ümumilikdə həmin ərazidə Biləcəri dairəsi və dairəyə birləşən küçələrdə Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında işlər həyata keçirilir. Təmir-bərpa işləri dairənin genişləndirilməsi, xüsusi drenajların yaradılması, yolda hərəkətin nizamlanması üçün işıqforların quraşdırılması üçün həyata keçirilir".
Xatırladaq ki, aprelin 30-u gecə saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsində Biləcəri enişində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb, həmin ərazidən hərəkət edən marşrut xətlərinin hərəkət sxemi dəyişdirilib.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










