Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO

Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür. Avtosfer.az xəbər verir ki, anadan olmasından 189 il ötsə də, müsəlman Şərqində ilk xeyriyyəçilik hərəkatının, milli teatrımızın və milli mətbuatımızın banisi, ilk təbiətşünas, təkamülçü alimi Həsən bəy Zərdabi böyük hörmət və ehtiramla anılır.
O, 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib.
1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayıb. Lakin qəzetin ömrü uzun çəkmir və 1877-ci il sentyabrın 29-da nəşri dayandırılır.
1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.
Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyib.
1907-ci il noyabrın 28-də vəfat edib və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.


İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX













