Bu gün regionlardan paytaxta 11790 nəfər sərnişin daşınıb

Ramazan bayramı ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə bölgə avtovağzallarından əvvəlcədən bilet əldə edən sərnişinlərlə bağlı daxil olan statistikaya əsasən bayramı həftəsonuna qədər regionlarımızda keçirəcək vətəndaşlarımızın rahat şəkildə daşınmasını həyata keçirmək məqsədilə gücləndirilmiş iş rejimi ayın 10-na qədər uzadıldı. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istisna olmaqla bu rejim ayın 7-nə qədər olan dövrü əhatə edirdi. "Ümumilikdə bu gün ərzində regionlardan paytaxta sərnişin axınının üstünlük təşkil edəcəyi gözlənilir. Bu saata qədər 11790 nəfər regionlardan paytaxta sərnişin daşınıb. Günün sonuna qədər bu rəqəmin 19000-ə yaxın olacağı gözlənilir. Bayram səfərindən istifadə edib həftə sonunu bölgələrimizdə keçirəcək sərnişinlərimiz istirahətlərini başa vurduqdan sonra paytaxta geri dönüş zamanı ehtiyat avtonəqliyyat vasitələri ilə təmin olunacaqlar", - deyə N.Allahyarova bildirib.
O, əlavə etdi ki, bu gün respublikanın 56 avtovağzal və avtostansiyasından ümumulikdə bu saata qədər 15 490 sərnişin daşınıb.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










