Bu il müxtəlif marşrut reysləri üzrə 380 müsabiqə keçirilib

2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci il ərzində isə 380 marşrut reysi üzrə müsabiqələr keçirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a bildirilib ki, bu dövr ərzində “Neoplan”, “Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JAC Sunray”, “Qazel NEXT”, MAN, “TEMSA HD 12”, “Hyundai County” markalı 115 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib.
Bu isə Bakı şəhərindən ölkənin digər şəhər və rayonlarına şəhərlərası daşıma üzrə avtobus parkının 35 faizini təşkil edir. Avtobuslardan 24-ü 2023, 38-i 2024, 53-ü isə 2025-ci ildə istismara buraxılıb. Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.
Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96 faizi “biletim.az” portalına qoşulub.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











