"Bu il Xocasən deposuna ikinci tunelin inşası həyata keçiriləcək"

"Hazırda Xocasən deposunun layihələndirmə işləri gedir". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, 2020-ci ildə bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək: "Həmin 3-cü stansiyanın arxasında qatarın bir yoldan digər yola keçməsini təşkil edən "dönmə kamerası" adlanan infrastruktur qurulacaq. Bu isə həm hərəkət qrafikini təşkil etmək baxımından qatarların sayının artırılması, həm də Xocasən deposunun qismən istifadəyə verilməsini tələb edən prosesdir. Deponun həmin hissəsinin layihələndirilməsi işləri sürətlə davam edir".
Metropoliten sözçüsü deyib ki, bu il "Avtovağzal" stansiyasından Xocasən deposuna ikinci tunelin inşası həyata keçiriləcək: "Bildiyiniz kimi 2018-ci ildə bu tunellərdən biri inşa olunmuşdu. Yaxın aylarda digər tunelin də inşası tamamilə başa çatdırılaraq yol və digər infrastruktur işlərinin aparılmasına başlanılacaq".
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI












