"Bu işdə əsas zərərçəkən mənəm" - Sabiq icra başçısı oğlunun məhkəməsində ifadə verdi

Sabiq icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən şəxslər, sabiq baş həkim Aruz Əliyev və tanışı Ehtiram Kərimovun cinayət isi üzrə növbəti məhkəmə iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətkər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda Babəli Babayevi müdafiə edən vəkil vəsatət verərək, məhkəmənin jurnalistlərin iştirakı olmadan keçirilməsini istəyiblər.
Buna səbəb kimi məhkəmə prosesləri barədə mediada həqiqətləri əks etdirilməyən məlumatların və sosial şəbəkəlırdə təhqiredici ifadələrin yer almasını, bunun isə ailəsinə mənfi təsir etməsi göstərilib.Təqsirləndirilənlərin vəkiləri isə buna etirazlarını bildiriblər.
Müşavirədən sonra məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra iş üzrə şahidlər məhkəmənin və vəkillərin sualarını cavablandırıblar. Şahid kimi dindirilən sabiq icra başcısı Lütvəli Babayev ilkin istintaqda verdiyi ifadəni təsdiqlədiyini deyərək, təqsirləndirilən A.Əliyev və E. Kərimovun ən ağır cəzaya məhkum edilməsini məhkəmədən istəyib:
"Bu işdə ən böyük zərərçəkən elə mən özüməm".
Müdafiə vəkilləri təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses yanvarın 15-nə təyin edilib.
Xatırladaq ki, Babaəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata satıb pulu mənimsəməkdə ittiham olunur. Bu hadisə baş verməzdən əvvəl isə Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələ ilə bağlı Babaəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub. İddia olunur ki, Aruz Əliyev külli miqdarda vergi borcu yaranmış Babaəli Babazadəyə ölkədən çıxmağı məsləhət bilib.
O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil ediblər. Babaəli Babazadə Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə etibarnamə verib, əmlaklar satışa çıxarılıb. Onun dediyinə görə, Aruz Əliyev onun etibarından sui-istifadə edib. Aruz Əliyev və Ehtiram Kərimov Babaəli Babazadənin əmlakını ümumilikdə 2 milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafeləri üçün sərf ediblər. A.Əliyev bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub. Zərərçəkmiş şəxsin şikayəti əsasında Aruz Əliyev və Ehtiram Kərimov tutulublar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 maddəsi (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.
Qeyd edək ki, Babaəli Babazadənin atası Lütfvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdab rayonun icra başçısı olub./unikal
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












