Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, Abbas Səhhət küçəsində yaşayan sakinlər məhəllənin girişində yerləşən zibillikdən şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, ərazidə məişət tullantılarının vaxtında daşınmaması sakinlərin narazılığına səbəb olub. Kadrlardan da görünür ki, zibil konteynerləri tam dolduğundan tullantılar onların ətrafına atılır. Nəticədə ərazidə antisanitar vəziyyət yaranır, xoşagəlməz qoxu yayılır və ətraf mühit çirklənir.
Sakinlərin sözlərinə görə, problem təkcə zibillə bağlı deyil. Onlar küçədəki ağacların da budanmasını xahiş edirlər. Bildirilir ki, ağacların iri budaqları həddindən artıq uzanaraq həm yolun hərəkət hissəsinə, həm də avtomobillərin saxlandığı əraziyə doğru əyilib. Küləkli hava şəraitində budaqların qırılaraq avtomobillərə ziyan vurması və insanların xəsarət alması təhlükəsi yaranır.
Vətəndaşlar aidiyyəti qurumlardan ərazidəki tullantı probleminin aradan qaldırılmasını, zibil konteynerlərinin vaxtında boşaldılmasını və ağacların budanaraq təhlükənin aradan qaldırılmasını xahiş edirlər.
Sabunçu Rayon İcra Hakimiyyətindən Avtosfer.az-a bildirilib ki, problem ən qısa zamanda öz həllini tapacaq. Yaranmış antisanitar vəziyyət qısa zamanda aradan qaldırılacaq.
Eltac Zülfüqaroğlu


İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












