Bu maşınların şəhərə girişi məhdudlaşdırılacaq; havanı çirkləndirirlər - FOTO

İspaniyada ətraf mühit qaydalarının sərtləşdirilməsi milyonlarla sürücüyə təsir edəcək.
Avtosfer.az xəbər verir ki, Yol Hərəkəti Baş İdarəsi (DGT) tərəfindən verilən və ölkədə hər üç avtomobildən birinin daşıdığı “B Ətraf Mühit Nişanı”na (sarı nişan) malik nəqliyyat vasitələrinin şəhərlərə girişi mərhələli şəkildə məhdudlaşdırılacaq.
Yeni yol xəritəsinə əsasən, 2026-cı ildən etibarən “B” nişanlı avtomobillər şəhər mərkəzləri üçün əvvəlki üstünlüklərini itirəcək, 2028-ci ildən isə əsas şəhər mərkəzlərinə giriş tamamilə qadağan olunacaq.
Qeyd edək ki, “B” nişanı əsasən 2001–2006-cı il buraxılışlı benzin, 2006–2014-cü il buraxılışlı dizel avtomobillərə şamil olunur. Nişan avtomobilin istehsal ilinə deyil, Avro emissiya standartlarına əsasən müəyyən edilir və karbon qazından daha çox hava keyfiyyətinə təsir edən azot oksidləri və zərərli hissəciklər nəzərə alınır.
Mövcud qanunvericilik “B” nişanlı avtomobillərin ölkə üzrə dərhal qadağanını nəzərdə tutmasa da yerli hakimiyyət orqanlarına hava çirkliliyi zamanı məhdudiyyət tətbiq etmək səlahiyyəti verir. Bu səbəbdən şəhərlər üzrə fərqli yanaşmalar mövcuddur.
Kataloniya və Barselona ən sərt mövqe tutan bölgələrdir. Barselonada 2026-cı ildən xəbərdarlıq günlərində məhdudiyyətlər tətbiq ediləcək, 2028-ci ildən isə daimi qadağa qüvvəyə minəcək.
Madrid daha yumşaq siyasət yürüdür: 2026-cı ildə “B” nişanlı avtomobillərə ümumi zonalarda hərəkətə icazə veriləcək, lakin mərkəzdəki xüsusi mühafizə zonalarında qadağalar qalacaq.
Bilbao isə 2025-ci ilin ortalarına qədər bu avtomobilləri aşağı emissiya zonalarından tamamilə çıxarmağı planlaşdırır.
Mütəxəssislər bildirirlər ki, 2026-cı il kəskin qadağalar ili deyil, uyğunlaşma dövrü olacaq, lakin bütün planlar 2028-ci ilə qədər “B” nişanlı avtomobillərin böyük şəhər mərkəzlərindən çıxarılmasına yönəlib.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












