Bu ölkənin təyyarələrində uçuş qadağan edilib?

“Kuwait Airways” şirkəti bəzi ölkələrin vətəndaşlarına öz təyyarələrində uçuşun, o cümlədən Küveyt Beynəlxalq Hava limanında tranzitin qadağan edilməsi barədə sosial şəbəkələrdə şirkətin adından yayılmış saxta məlumatları təkzib edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, şirkətin bəyanatında sosial şəbəkələrdə və bəzi saytlarda “Kuwait Airways” Twitter səhifəsinə əsaslanaraq yayılan bu xəbərlərin həqiqətə uyğun olmadığı bildirilir. Xəbərlərdə deyilir ki, guya şirkətin sədri Yusif Al Cassim doqquz millətin nümayəndələrinin uçuşa buraxılmayacağını və bu şəxslərin qeydiyyatdan keçirilməsinin yalnız Daxili İşlər və Xarici İşlər nazirlikləri ilə məsləhətləşmədən sonra mümkün olacağını bəyan edib. “Al Qabas” portalı yazıb ki, Al Cassim bu bəyanatı “Kuwait Airways” şirkətinin 65 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında verib. Guya təhlükəsizlik məqsədilə uçuşa buraxılmayacaq şəxslərin siyahısına Livan, Suriya, İraq, İran, Əfqanıstan, Pakistan, Yəmən, Banqladeş və Şimal Koreya vətəndaşları daxil edilib.
Bu xəbərlərdə bildirilib ki, tranzit uçuşla hava limanına gələn sərnişinlər üçün 24 saata qədər müddətdə Küveyt ərazisində qaldıqda viza tələb olunmur.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












