"Bu qərar avtomobillərin xaricə getməsinə əngəl yaradıb" - RƏY

“Azərsığorta”ya avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirmək qadağan edilmişdi. avtomobillərə dair əqdlərin bağlanması dayanıb. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, 17 may tarixindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri qanunvericiliyə uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar ona verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə həmin sığorta növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə sözügedən sığorta şirkətinin sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdı. Başqa sözlə, “Azərsığorta”ya avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirmək qadağan edilmişdi.
Lakin elə həmin gün “Azərsığorta”nın rəhbərliyi əvvəlcə bəyanat verdi ki, Palata məhdudiyyəti artıq aradan qaldırıb Bir qədər sonra isə “Azərsığorta” əvvəlki bəyanatını təkzib edərək bildirdi ki, məhdudiyyət qüvvədədir.
Hüquqşünas-ekspert Əkrəm Həsənovun sözlərinə görə, son zamanlar Palatanın lisenziya məhdudlaşdırması və bir qədər sonra qərarını ləğv etməsi adi hal alıb: "Məsələn, 13 apreldə analoji məhdudiyyəti “Atəşgah” Sığorta Şirkətinə tətbiq etmiş, 29 apreldə isə aradan qaldırmışdı. Bu qədər nöqsan belə tez necə aradan qaldırıla bilərdi? Elə təəssürat yaranır ki, sanki Palata sığortaçılarla lisenziya oyunu oynayır. Bu oyunun şərtlərini isə yalnız Palata və sığortaçılar bilir. Hüquq-mühafizə orqanarı da araşdırma aparsaydı, biz də bilərdik!
Ekspert bildirir ki, “Azərsığorta”nın saytından görünür ki, o, hələ də avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirir: "İcbari Sığorta Bürosunun saytındakı məlumat da bunu təsdiqləyir. Yəni belə çıxır ki, əslində “Azərsığorta” sözügedən sığorta fəaliyyətini hələ də həyata keçirir".
Bu necə ola bilər? Sığortaçı Palata ilə hesablaşmır?
"Məlum olan odur ki, “Azərsığorta”nın ən azı Naxçıvandakı filialları avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirməkdə davam edir. Məsələ burasındadır ki, “Azərsığorta” muxtar respublikada icbari sığorta xidmətlərini göstərən yeganə sığortaçıdır. Buna görə də Palatanın “Azərsığorta”ya dair qərarı ilk növbədə Naxçıvanın sığorta sektorunu dərhal iflic edib, avtomobillərə dair əqdlərin bağlanması dayanıb. Avtomobillər icbari sığortasız qalıb. Nəinki daxili (avtomobillərin idarə edilməsinə sığortasız etibarnamə verilə bilməz və s.), həmçinin xarici problemlər də yaranıb. O cümlədən gömrükdə: avtomobillərin xaricə getməsinə əngəl yaranıb. Buna görə də muxtar respublikanın reaksiyasın sonra Palata yarım addım geri çəkilib. Bütövlükdə “Azərsığorta”ya dair qərarı dərhal ləğv etməsə də, onun Naxçıvandakı fəaliyyətinə göz yummağa faktiki qərar verib. Bundan sonra Naxçıvanda əqdlərin bağlanması davam edib. “Azərsığorta” da bunu bütövlükdə məhdudiyyətin aradan qaldırılması kimi qəbul edərək, ilk bəyanatını (sonradan təkzib etdiyi, yəqin Palatanın göstərişi ilə) verib. Aydın məsələdir ki, yaxın günlərdə “Azərsığorta”ya dair məhdudiyyət tam aradan qaldırılacaq", - deyə, ekspert əlavə edib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










