Bu qurumda araşdırmalara başlanıldı - Rəis işdən çıxarıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”ndə korrupsiya halları ilə bağlı araşdırma başlayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət vəzifə səlahiyyətlərini aşma və korrupsiya halları ilə bağlı ittihamlardan gedir.
Qanun pozuntusu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib. Müraciət əsasında qurumun bəzi vəzifəli şəxslərinin dindirildiyi bildirilir.
Faktla bağlı aparılan araşdırma çərçivəsində kimlərinsə təqsirləndirilən şəxs qismində cəlb olunub-olunmadığı hələlik məlum deyil.
Qeyd edək ki, yeni AAYDA sədri Vüsal Nəsirlinin Əmri ilə Xidmətin rəisi Səftər İsmayılov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, 20 il “Avtomobil Yollarının Mühafizə Xidməti”nin rəisi işləyib.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












