Bu şəxslər Rusiya vətəndaşlığından çıxarılacaq - Putin qanun imzaladı

Ekstremizm, qətl, uşaqlara qarşı cinsi cinayətlər və Rusiyaya qarşı digər ölkələrlə əməkdaşlıq əldə edilmiş şəxslər Rusiya vətəndaşlığından çıxarılacaq. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu tədbirləri nəzərdə tutan qanunu Rusiya Prezidenti Vladimir Putin imzalayıb. Qanuna əsasən, Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilməsinə səbəb olan cinayətlərin siyahısı 72 elementlə genişləndirilib. Xüsusilə, yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş, sağlamlığa ağır zərər vurmuş və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinsi xarakterli zorakılıq, qətl törətməyə görə vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulur. Habelə yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etmə, uşaqların təsvirləri olan pornoqrafik materialların hazırlanması və yayılması, uşağı cinsi xarakterli hərəkətlərə məcbur etmə də vətəndaşlıqdan məhrumetmə ilə nəticələnəcək. Rusiya vətəndaşlığından məhrumetmə ilə nəticələnən cinayətlərin siyahısına terrorçuluq fəaliyyətini həyata keçirməyə açıq çağırışlar, terrorizmə bəraət qazandırmaq və ya təbliğ etmək, Rusiya Federasiyasının kritik informasiya infrastrukturuna qanunsuz təsir etmək, ölkənin təhlükəsizliyinə qarşı xarici dövlətlə əməkdaşlıq etmək də daxildir.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












