Bu tarixdən havalar dəyişir - İstilər bitir

Azərbaycanda müşahidə olunan isti hava şəraitinin nə vaxt dəyişəcəyi ilə bağlı suallar davam edir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev xalq arasında "yayın yarısı" kimi tanınan dövrə yaxınlaşıldığını bildirib.
Onun sözlərinə görə, ayın 5-6-sı, 6-7-si arası yayın yarısı hesab olunur. El arasında buna "quyruq dondu" deyirlər. Bundan sonra gecələr sərinləşir, şeh düşür. Gecələr sərin olanda insanlar rahat yatır, gündüz də özlərini daha gümrah hiss edirlər.
Mütəxəssis hesab edir ki, hazırkı kəskin istilər uzun çəkməyəcək:
"Mənə elə gəlir ki, bir neçə gündən sonra artıq hava tədricən düzələcək. Yayın yarısından sonra yavaş-yavaş payıza doğru gedirik. Kəskin istilər azalacaq."
Ənvər Əliyev son illər geniş müzakirə olunan iqlim dəyişikliyi məsələsinə də münasibət bildirib. Onun fikrincə, hazırda müşahidə olunan hava hadisələri iqlim dəyişikliyindən deyil, əvvəllər də baş vermiş təbii təkrarlanmalardan qaynaqlanır:
"İqlim dəyişikliyi adlandırılan məsələ ilə razı deyiləm. Belə yağıntılar, daşqınlar əvvəllər də olub. Yaşlı insanlar 1957-ci, 1964-cü illərdə də oxşar hadisələrin baş verdiyini xatırlayırlar. Bunlar təkrarlanan təbiət hadisələridir."
Sonda Ə.Əliyev vətəndaşlara narahat olmamağı tövsiyə edib:
"Mənə elə gəlir ki, yavaş-yavaş artıq sərinliyə doğru gedirik. Hər şey yaxşı olacaq, narahat olmağa dəyməz."\\ajans.az
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












