Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?

Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır. Bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında öz əksini tapıb.
Bəs hansı universitetlərin köçürülmə ehtimalı yüksəkdir?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi açıqlama verib.
O bildirib ki, Prezidentin müvafiq sərəncamına əsasən, “Bakı şəhərinin 2050-ci ilə qədər” olan planına uyğun olmalıdır. Əsas yeri də məhz universitetlərin paytaxtdan kənara köçürülməsidir. Üstəlik universitetlərin kampuslarının yaradılması və yataqxanaların inşası da burada yer alır.
Ekspertin sözlərinə görə, köçürülmə prosesində tələbələrin akademik göstəriciləri də nəzərə alınacaq. Həmçinin, tələbələrin gələcəkdə iş və tətbiq sahələrindəki fəaliyyəti də önəm daşıyır.
Bakı şəhəri ərazisində tıxac problemi də qismən həll oluna bilər. Çünki sıxlığın əsas hissəsini tələbə kontingenti təşkil edir.

Elçin Əfəndi açıqlayıb ki, universitetlər köçürülərkən, yol infrastrukturuna təsir edənlər birinci plana keçəcək. Həmçinin, Bakının mərkəz ərazilərində yerləşən universitetlər bura daxil ediləcək.
Universitet köçürülərkən, digər şəhərin ərazisi də dəqiqləşdiriləcək. Məsələn, Gəncə, Mingəçevir, Sumqayıt şəhərlərində universitet olsa da, o ərazilərə də köçürülmə olacaq. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Şamaxı şəhəri və ətraf istiqamətlərdə universitetlərin köçürülməsi üçün şəraitlər mövcuddur.
Sonda ekspert deyib ki, Azərbaycanda tələbə sayının çoxluğu ilə seçilən universitetlər sırasında Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilklərdə yer alır./ajans.az
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











