Buldozerin ehtiyat hissələrini metal qəbulu məntəqəsinə satdılar - FOTO

Qubada buldozerin ehtiyat hissələrini oğurlayıb satmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kunxırt kənd ərazisində buldozerin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Araşdırmalarla onların dəfələrlə məhkum olunmuş rayonun Talabıqışlaq kənd sakinləri Elbrus Şirinov və Nahib Əliyev olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq əməllərini etiraf ediblər.
Araşdırmalarla məlum olub ki, E.Şirinov və N.Əliyev kənd ərazisində təmir üçün dayanmış ÇTZ-B-11 markalı buldozerin sürət qutusunu və bir neçə ehtiyat hissələrini oğurlayaraq, sonuncuya məxsus “İj” markalı avtomobilə yükləyib hadisə yerindən uzaqlaşıblar. Törətdikləri oğurluq hadisəsi nəticəsində MMC-ə 10.000 (on min) manatdan çox maddi ziyan vuran həmin şəxslər, ehtiyat hissələrini rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsinə dəyərindən dəfələrlə ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən həmin metal qəbulu məntəqəsinin ünvanı müəyyən edilərək oğurlanmış ehtiyat hissələri maddi sübut kimi götürülüb.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.
Namiq
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA















