"BYD" bu səbəbdən elektromobil sifarişlərini qəbul etmir

Qlobal elektrikli avtomobil bazarında artan tələbat Çin avtomobil istehsalçısı “BYD”nin təchizat zəncirində problemlərə səbəb olub. Şirkət yeni nəsil batareya paketlərinin istehsalında yaranan çatışmazlıq səbəbindən 100 mindən çox əvvəlcədən sifarişi təxirə salmaq məcburiyyətində qalıb.
Avtosfer.az xəbər verir ki, elektrikli avtomobillərə marağın sürətlə artması fonunda istehsalçılar təchizat və istehsal gücü ilə bağlı çətinliklərlə üzləşirlər. Məlumata görə, “BYD”nin yeni “Blade Battery 2.0” batareya sistemlərinin istehsal həcmi mövcud tələbi qarşılamaqda çətinlik çəkir.
Bu səbəbdən şirkət “Great Tang” modelinə verilən 100 mindən artıq ön sifarişin çatdırılma tarixini təxirə salıb.
Avtomobil sənayesi üzrə ixtisaslaşmış “CarNewsChina” portalının məlumatına görə, batareya təchizatı problemi yalnız “BYD”yə deyil, həmçinin ultra sürətli enerji doldurma texnologiyasını dəstəkləyən “Fang Cheng Bao” alt brendinə də təsir edib.
Şirkətin istehsalda yaranan boşluğu aradan qaldırmaq və “Blade Battery 2.0” istehsal gücünü artırmaq üçün aidiyyəti zavodlara əlavə texniki qruplar göndərdiyi bildirilir.
Mütəxəssislər hesab edirlər ki, elektrikli avtomobillərə qlobal tələbatın sürətlə artması yaxın illərdə batareya istehsalı və xammal təminatı məsələsini avtomobil sənayesinin əsas problemlərindən birinə çevirə bilər.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












